Azərbaycanın uğurları beynəlxalq aləmdə hamı tərəfindən təqdir olunur

Dünya siyasətçiləri respublikamızı "özü ilə fəxr etməyə haqqı olan ölkə" adlandırırlar

{nl}


İtaliya Respublikasının Prezidenti zati-aliləri cənab Ciorcio Napolitanoya
Hörmətli cənab Prezident!
İtaliya Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-İtaliya münasibətləri, siyasi, iqtisadi və mədəni əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli qaydada əməkdaşlığımız Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində öz formatını daha da genişləndirir.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına əmin-amanlıq və rifah diləyirəm.

{nl}

Hörmətlə,
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 may 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında