KİV nümayəndələri arasında ənənəvi şahmat turnirinə yekun vurulmuşdur

Mayın 31-də "Azərbaycan" nəşriyyatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş KİV təmsilçiləri arasında ənənəvi şahmat turnirinin bağlanışı olmuşdur.
"Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərov artıq 15-ci dəfədir keçirilən və ulu öndərin xatirəsinə həsr edilmiş turnirin jurnalistlər arasında çox populyar olduğunu vurğulamış, respublikanın nüfuzlu KİV təmsilçilərinin iştirak etdiyi belə yarışların əhəmiyyətindən bəhs etmişdir.
Şahmat Federasiyasının icraçı direktoru, beynəlxalq dərəcəli hakim Namiq İsmayılov ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafı sahəsindəki böyük xidmətlərindən danışmış, onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə şahmatçılarımızın dünya və Avropa çempionatlarında, mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr qazandığını bildirmişdir.
Sonda turnirin qalibləri nəşriyyatın təsis etdiyi diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Xatırladaq ki, turnirin qalibi "Gündəlik Teleqraf" qəzetinin əməkdaşı Ceyhun Əliyev olmuşdur. AzərTAc-ın təmsilçisi Ramiz Quliyev yarışda 2-ci, "Qanun və hədəf" qəzetinin nümayəndəsi Pünhan Şükür isə 3-cü yeri tutmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında