"EuroMedia" şirkətinin rəhbəri: "Azərbaycan təmsilçilərinin "Eurovision"dakı bütün mahnıları Avropada hitə çevrilib"

"Müsabiqə Bakıda keçirilməsəydi, Səbinə müsabiqənin əsas favoriti olardı"
APA-nın məlumatına görə, bunu Azərbaycanın 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayevanın final şousundakı çıxışına münasibət bildirən tanınmış şərhçi Timur Miroşniçenko demişdir.
Onun sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" şousunda peşəkarlar Səbinə Babayevanın çıxışını ən yaxşı hesab edirlər: "Ekspertlər hesab edirlər ki, Səbinənin tutduğu 4-cü yer birinciliyə bərabərdir. 2000-ci ildən başlayaraq bu mötəbər müsabiqədə belə bir tendensiya yaranıb ki, ev sahibi olan ölkə növbəti il sonuncu yerləri tutur. Amma bu dəfə nə münsiflər, nə də tamaşaçılar Səbinənin çıxışını bəyənməyə bilməzdilər".
"EuroMedia" şirkətinin rəhbəri Pavel Qritsak hesab edir ki, Azərbaycanın uğurlarının təməlini bacarıqlı ifaçılar qoymuşlar: "Səbinə Babayeva sadəcə istedadlı deyil, yüksək səviyyəli professionaldır. O, Avropa miqyaslı ulduz olmağa layiqdir. Bunu mütəxəssislər də təsdiqləyirlər, çünki məhz onlar Səbinəyə bu il Marcel Bezanson mükafatı təqdim ediblər. Amma istedadlı müğənni olmaq yalnız işin yarısıdır. Prodüser komandası gərək tez bir zamanda şounu təqdim etsin ki, tamaşaçıların da xoşuna gəlsin".
Azərbaycan təmsilçilərinin bütün mahnılarının Avropa hitlərinə çevrildiyini deyən P. Qritsak əlavə edib ki, mahnılar ən yaxşı bəstəkar və aranjemançılar tərəfindən yazılıb: "Düşünürəm ki, Səbinə istənilən tərzdə oxuya bilər".
Məşhur bəstəkar, Azərbaycana qələbə gətirən "Running Scared" mahnısının müəllifi Stefan Örn isə deyib ki, "When the Music Dies" mahnısını məhz Səbinə üçün yazmışdır: "Səbinə məni ilhamlandırdı. Bununla da, mahnı əsl yenilik oldu".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında