ABŞ-ın İsraildəki səfiri: "İranı daha dağıdıcı sanksiyalar gözləyir"

ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 30-da jurnalistlərə açıqlamasında İranın nüvə proqramının danışıqlar yolu ilə həlli üçün imkanların tükənməkdə olduğunu bildirmişdir.
"Media forum" saytının məlumatına görə, Dan Şapiro demişdir ki, danışıqlar nəticə verməsə, İranı daha dağıdıcı sanksiyalar gözləyir: "Danışıqlar pəncərəsi bağlanmaqdadır. Nüvə probleminin sülh yolu ilə həll olunması üçün nəzərdə tutulmuş qum saatı özünün axırıncı dənələrinə gəlib çatıb. Həmin təhlükə hissinə görədir ki, ABŞ hökuməti İrana qarşı təzyiqləri gücləndirib. Əlbəttə, ABŞ bütün gücü ilə problemin hərbi yolla həll olunmasının qarşısını almağa çalışacaq. Lakin nəzərə almaq lazımdır ki, nəticəsi olmayan boş-boş müzakirələr aparmağın da faydası yoxdur".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında