Amerikalı ekspertlər Hillari Klintonun Qafqaz səfərinin məqsədlərindən danışırlar

ABŞ dövlət katibi Hillari Klinton Skandinaviya, Cənubi Qafqaz və Türkiyə turnesinə çıxıb. Məqsəd təhlükəsizlik, terrorizmə qarşı mübarizə, internet azadlığı, həmçinin ətraf mühitə və sağlamlığa dair məsələlərin müzakirəsidir.
Dövlət Departamentindəki mənbə "Turan"a bildirib ki, Klinton Qafqazda regional təhlükəsizlik, demokratiya, iqtisadi inkişaf və terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcək: "Dağlıq Qarabağ münaqişəsi də Ermənistanla Azərbaycanda mühüm mövzulardan biri olacaq".
Diplomat Deyl Herşinq hesab edir ki, ABŞ-ın yüksək vəzifəli məmurunun səfəri ikitərəfli münasibətlərdə problemin olması əlaməti deyil, əksinə, İranla və Suriya ilə gərginliyin artdığı dövrdə dəstək əlamətidir. Vaşinqtonun Bakıdan gözləntilərindən danışan analitik deyib ki, onlar iki aspektə aiddir: ümumilikdə regiona və həm də Bakının İranın hərəkətini qiymətləndirməsinə.
Herşinq ehtimal edir ki, Klinton demokratiya və enerji əməkdaşlığı məsələlərini də qaldıracaq.
Cənubi Qafqaz məsələləri üzrə ixtisaslaşan analitik Maykl Bişku dövlət katibinin səfərindən çox şey gözləyir. O, "Turan"a müsahibəsində Amerika-Azərbaycan dialoqunun cari problemlərini şərh edib: "Cənubi Qafqazda Klinton regional təhlükəsizlik, demokratiya, iqtisadi inkişaf, terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcək, yalnız hökumət məmurları ilə deyil, həm də vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək. Hər ölkədə bir gün olmaqla Qarabağ münaqişəsi və ya demokratiya kimi məsələləri effektiv müzakirə etmək mümkün deyil. Amma ABŞ Ermənistan və Azərbaycan tərəfdən barışıq istiqamətində istənilən addımı alqışlayacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında