Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşmüşdür

Astanada keçirilən dünya dinləri və ənənəvi dinlərin liderlərinin dördüncü qurultayı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşmüşdür.
Dostluq və qardaşlıq şəraitində keçən görüşdə A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Patriarx Kirillə çatdırmışdır.
Görüşdə MDB Dinlərarası Şurasının fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılmış, görüləcək işlər müzakirə edilmişdir. Qurumun həmsədrləri şeyxülislam və Patriarx Kirill bu şuranın təşəbbüsü ilə reallaşmış dini liderlərin Moskva və Bakı görüşlərinin dinlərarası dialoq və əməkdaşlıq baxımından əhəmiyyətini xüsusi vurğulamışlar. Patriarxı yenidən Azərbaycana səfərə dəvət edən A.Paşazadə bu səfərin böyük əhəmiyyət kəsb edəcəyinə, dövlətlərimiz, region və postsovet məkanı ölkələri üçün faydalı olacağına əmin olduğunu bildirmişdir.
Patriarx Kirill MDB Dinlərarası Şurasının həmsədri kimi şeyxülislam A.Paşazadənin fəaliyyətini yüksək qiymətləndirmiş, onun MDB müsəlmanları Məşvərət Şurasının sədri kimi də mühüm işlər gördüyünü diqqətə çatdırmışdır. Şeyxülislamın MDB məkanında, habelə islam dünyasında böyük ehtiramla qəbul olunduğunu bildirən Patriarx Kirill, bu nüfuz sayəsində qurumun daha çox işlər görə biləcəyini vurğulamış, Məşvərət Şurasının növbəti görüşündə məmnuniyyətlə iştirak edəcəyini bildirmişdir.
Görüşdə QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əməkdaşlığın perspektivləri də müzakirə olunmuşdur.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Astana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında