Sankt-Peterburqda qədim Azərbaycan torpağı - Naxçıvana həsr olunan sərgi açılmışdır

Sankt-Peterburqun Petropavlovsk qalasında Naxçıvanın tarixi və mədəni irsinə həsr olunan sərgi açılmışdır. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan məlumat verilmişdir. 
"Araz" ictimai birliyinin təşkilatçılığı, qeyri-hökumət təşkilatları Azərbaycan Milli Forumunun, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun və Ümumrusiya Azərbaycanlılar Konqresi Sankt-Peterburq regional şöbəsinin dəstəyi ilə keçirilən sərgidə qədim Azərbaycan torpağı Naxçıvana həsr olunmuş 50-dən artıq eksponat - fotoşəkillər, kitablar və bukletlər təqdim edilmişdir.
Sərginin açılışında çıxış edən baş konsul Qüdsi Osmanov Azərbaycan dövlətçiliyinin tarixi və təşəkkülündə Naxçıvanın xüsusi rolunu qeyd etmişdir. O bildirmişdir ki, Neva üzərindəki şəhərdə belə tədbirlərin keçirilməsi Azərbaycan və Sankt-Peterburq arasında yüksək mədəni əməkdaşlıq səviyyəsinin göstəricisidir.
Azərbaycan qeyri-hökumət təşkilatları milli forumunun prezidenti Rauf Zeyni tədbir təşkilatçılarına təşəkkürünü bildirmiş, Azərbaycanın gözəl bölgələrindən biri olan Naxçıvanın zəngin tarixi və mədəni irsinin təbliğinin əhəmiyyətini vurğulamışdır.
"Araz" ictimai təşkilatının başçısı Nizami Məmmədov qonaqlara rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışmış, dünyanın müxtəlif yerlərində Azərbaycana, həmçinin Naxçıvana həsr olunan tədbirlərin keçirilməsinin müsbət ənənə olacağına ümid etdiyini bildirmişdir.
Tədbirdə Leninqrad vilayəti Qanunvericilik Məclisinin deputatı Sayad Əliyev çıxış etmişdir. O qeyd etmişdir ki, belə tədbirlərin təşkili geniş tamaşaçı kütləsinə Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəniyyəti və ənənələri ilə tanış olmağa imkan verir.
Sankt-Peterburqda Azərbaycan reallıqlarını Rusiya cəmiyyətinə çatdıran "Azərbaycanlıların dostları cəmiyyəti "Naxçıvan" regional ictimai təşkilatı uğurla fəaliyyət göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında