Paytaxt idmançılarımızın qitə çempionatında uğurlu çıxışı

Mayın 25-dən 27-nə qədər İtaliyanın Brescia şəhərində Çin döyüş sənətləri üzrə Avropa çempionatı keçirilib. 
Danimarka, İspaniya, Almaniya, Türkiyə və digər Avropa ölkələrinin idmançılarının qatıldığı yarışda Bakı Şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən ezam olunmuş uşu üzrə məşqçi-müəllim Zahid Vəliyevin rəhbərliyi altında "Neftçi"İSM-in komandası iştirak edib.
İdmançılarımız yarışda uğurla çıxış edərək, yüksək nəticələr göstəriblər. Rafət Əsədov çyan şu (nizə texnikası), duylən çise (qarşılıqlı silah döyüşü), Tural Cavadov duylən çise, İlkin Qurbanov qin şu (ağac texnikası) Mustafa Məmmədov isə duylən üzrə qitə çempionu adını qazanıblar.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında