Sumqayıtda mini-futbol turnirinə start verildi

Gənclik şəhərində futbol hər zaman ən populyar idman növü olmuş, Sumqayıt futbol məktəbi özünəməxsus ənənələri ilə öyünmüşdür. Təəssüf ki, son illərdə ölkə premyer liqasında Sumqayıtın idman şərəfini qoruyan komanda yox idi. Amma artıq iki ildir ki, bu çatışmazlıq da aradan qaldırılmış, çempionatdakı təmsilçilik bərpa edilmişdir.
Şəhərdə futbolun populyarlığını daha da artırmaq, yeniyetmə və gənclərin sevimli idman növü ilə məşğulluğunu genişləndirmək məqsədilə ötən il icra hakimiyyətinin təşəbbüsü, gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə ilk məhəllələrarası turnir keçirilmişdi. Dünən isə 2-ci ənənəvi turnirin təntənəli açılış mərasimi oldu.
Sumqayıtın 68 məhəllə və mikrorayonundan 110 mini-futbol komandasının mübarizə aparacağı turnirin açılışına şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı təşkilatların və idman ictimaiyyətinin nümayəndələri də gəlmişdilər. Bayram iştirakçılarının əllərində tutduqları "Sağlam gənclik uğrunda irəli!", "Yaşasın sağlam həyat!", "Gələcəyimizi qoruyaq!" və sair şüarlar diqqət şəkirdi. Aparıcılar qeyd etdilər ki, ölkəmizdə idmanın inkişafına gündəlik qayğısını əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son bir ildə üç dəfə Sumqayıtda olmuş və möhtəşəm Olimpiya İdman Kompleksi, həmçinin müasir səviyyədə inşa edilmiş 1 saylı Uşaq-Gənclər İdman Məktəbi kimi obyektlərin də açılış mərasimlərində şəxsən iştirak etmişdir.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra iştirakçıları ilk olaraq gənc karateçilər salamladılar. Oynaq musiqi sədalarının müşayiətilə göstərilən döyüş hərəkətləri heyrətamiz təsir bağışladı. Sonra akrobat qız və oğlanlar futbol topları ilə maraqlı aerobik hərəkətləri icra etdilər. Balaca futbolçular üzərində turnirin loqosu çəkilmiş iri hava şarını səmaya buraxdılar. Bir andaca daha yüzlərlə şar havada uçaraq əlvan mənzərə yaratdı.
Təntənəli marşla meydandan keçən komandalar Sumqayıtın nümunəvi məhəllələrində yaradılmış mini-futbol meydançalarına yollandılar. Ətrafına minlərcə şəhər sakinini toplayan turnirin ilk oyunlarına start verildi.
Kütləviliyi ilə diqqət çəkən yarışlar bir ay davam edəcək.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti" (fotolar M.QULİYEVİNDİR)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında