Rusiyalı nənələr Bakıdan xoş təəssüratlarla ayrıldılar

Bakının ev sahibliyi etdiyi "Eurovision" yarışmasında öz çıxışları və milli koloriti ilə tamaşaçıların rəğbətini qazanan Rusiya təmsilçiləri "Buranov nənələri" vətənlərində böyük coşğu ilə qarşılanıb. 
Qrupun üzvləri Rus mətbuatına açıqlamasında müsabiqənin builki qalibi İsveç təmsilçisi Lorinin birinciliyini yüksək qiymətləndirmiş və bunu layiqli qələbə adlandırmışlar. "Lorin çox yaxşı oxuyur. Biz əlbəttə ki, səsvermədə rəqəmləri izləyirdik, ümid edirdik ki, üstünlük əldə edə bilərik. Ancaq ikinci yerə görə heç cür məyus olmamışıq",- deyə bildiriblər.
Hələ Vətənə yola düşməzdən Udmurt kollektivinin prodüsseri mediaya açıqlamasında Bakıda onlara olan xoş münasibətdən razı qaldığını bildirmişdi. Kollektiv iştirakçılarından biri Yekaterina Şklyayeva öz növbəsində Azərbaycanı və burda gördüyü qonaqpərvərliyi bəyəndiyini söyləmişdi.
Onun sözlərinə görə artıq bu müsabiqədən sonra Buranovo kəndində bir sıra dəyişikliklər olacaq, quruculuq işləri görüləcək, yollar çəkiləcək və.s. Rusiyalı nənələr bir neçə ay heç bir qastrol və çıxış planlaşdırmırlar. Səbəb kimi Buranovo kəndində şəxsi təsərrüfatlarında kartof yığımı mövsümü zamanı işlərinin çoxluğunu göstərirlər. "İlk olaraq bostanımıza baxmalıyıq. Sonra bizi kimi yaşlı insanlar üçün "Eurovision" yarışması təşkil etmək haqqında düşünməyə vaxt olacaq.
Rusiyalı nənələri deyir ki, nəvələri onlara mənəvi dəstək olub, hətta məsləhətlər də veriblər. Domodedovo aeroportunda pərəstişkarları və media nümayəndələri tərəfindən sevinclə qarşılanan kollektiv üzvləri onlarla təəssüratlarını bölüşüblər. "Buranovo nənələri" Rusiya Prezidenti Putinlə də görüşə hazırlaşırlar. "Biz çox məmnunuq ki, Prezident Putin bizi gümüş medal mükafatıyla təltif etdi və söz verdi ki, bizim Vətənə səfər edəcək. Onu adətən qonağı necə qarşılayırıqsa, elə qarşılayacağıq. Süfrə açıb, udmurtların milli yeməyi olan ətli kökəyə qonaq edəcəyik".

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında