Azərbaycanın Tacikistandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir

zərbaycanın Tacikistandakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının iyirmi illiyinə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir.
Mərasimdə Tacikistan Prezidentinin xarici siyasət üzrə dövlət müşaviri Erkin Raxmatullayev, xarici işlər naziri Xamroxon Zarifi, Milli Elmlər Akademiyasının prezidenti Mamadşo İlolov, meliorasiya və su təsərrüfatı naziri, Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının həmsədri Raxmat Bobokolonov, nazirlər və deputatlar, Tacikistanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, ədəbiyyat və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, inkişaf yolu və qısa müddətdə əldə etdiyi uğurlar haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
A.Həsənov bildirmişdir ki, xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə bütün sahələrdə islahatlara başlamış, neft strategiyasının əsası qoyulmuş, "Əsrin müqaviləsi" imzalanmışdır. Ölkəmizin inkişafından danışan səfir demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün Cənubi Qafqaz regionunda ən güclü dövlətə çevrilmişdir. Diplomat Azərbaycanın neft və qaz layihələri haqqında da söhbət açmışdır.
Səfir Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının iyirmi illiyi haqqında danışaraq bildirmişdir ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə uğurla davam edir.
Tədbirdə Xamraxon Zərifi Azərbaycanın Respublika Günü və Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının iyirmi illiyi ilə əlaqədar Tacikistan Prezidenti Emoməli Rəhmonun təbrik məktubunu oxumuş, bu münasibətlə təbriklərini çatdırmışdır.
X.Zarifi Azərbaycan ilə Tacikistan arasında əldə edilmiş uğurlar, diplomatik münasibətlərin yaradılması və inkişaf etdirilməsi haqqında danışmışdır.
Mərasim geniş konsert proqramı ilə başa çatmışdır.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında