Azərbaycanın İrandakı səfirinin geri çağırılması haqqında yayılan xəbərlərin heç bir əsası yoxdur

Mayın 30-da Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuat konfransı keçirmişdir.
Əvvəlcə nazirliyin yeni veb-saytı təqdim olunmuşdur. E. Abdullayev bildirmişdir ki, bundan sonra xarici ölkələrdəki səfirliklərimizin keçirdikləri bütün görüşlər və tədbirlər operativ qaydada saytda yerləşdiriləcəkdir. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü və Dağlıq Qarabağın işğalı haqqında məlumatlar xüsusi bölmədə yerləşdirilmişdir. Yeniliklərdən biri də ondan ibarətdir ki, sayta daxil olan istifadəçilər oradan birbaşa Azərbaycan Xarici İşlər Nazirliyinin internetdəki "Facebook" və "Twitter" səhifələrinə keçə biləcəklər.
Sonra mayın 29-da bir nəfər İran vətəndaşının Bakıdan- hava limanından geri qaytarılmasına münasibət açıqlayan E. Abdullayev demişdir ki, İran vətəndaşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkəyə buraxılmamışdır və burada təəccüb doğuracaq heç bir şey yoxdur.
Azərbaycanın İrandakı səfirinin geri çağırılması haqqında bəzi mətbuat orqanlarında yayılan xəbərləri təkzib edən Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri bildirmişdir ki, Azərbaycan yaxın qonşusu olan İranla diplomatik münasibətlərini kəsmək fikrində deyildir və bu barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.
Bununla yanaşı, İranda qeyri-müəyyən vəziyyətdə və naməlum istiqamətə aparılan iki Azərbaycan vətəndaşı haqqında məlumat almaq məqsədi ilə Xarici İşlər Nazirliyi mayın 30-da İranın Bakıdakı səfirliyinə nota təqdim etmişdir. Bunun sayca üçüncü nota olmasına baxmayaraq, İran tərəfi hələ də onların hansı səbəblərə görə saxlanılması haqqında məlumat verməmişdir. İran tərəfi bu notaya da cavab verməsə, müvafiq addımlar atılacaqdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında