Azərbaycanda pensiyaların 98 faizinin ödənişi plastik kartlarla həyata keçirilir

Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu nəzarətin nəticəsidir ki, pensiyaların plastik kartlarla ödənişi sferası zaman keçdikcə daha da genişlənməkdədir. Belə ki, 2010 - cu ilin yanvar - aprel ayları ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 6230 nəfər artmışdır. 2010 - cu il aprelin 1 - nə olan statistika onu deməyə əsas verir ki, əsasən pensiyasını plastik kartla əldə edənlərin sayı 1 126 364 nəfər təşkil edir. Yəni hazırda pensiyaların 98 faizinin ödənişi plastik kartlarla həyata keçirilir.
DSMF - in ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, kəndlərdə vətəndaşların öz xahişləri əsasında ( istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində də mühüm addımlar atılmaqdadır. Cari ilin yanvar - aprel ayları ərzində kəndlərdə pensiyalarını plastik kartlarla alanların sayı 4903 nəfər artmışdır. 2010-cu il aprelin 1 - nə olan statistika göstərir ki, ölkə üzrə kənd əhalisinin 95,9 faizi plastik kartlarla təmin olunmuşdur. Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi pensiyalarını plastik kartlarla alır və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008- ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009 - 2015- ci illərdə Azərbaycan Respublikasında sığorta - pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda yer alan mühüm vəzifələrdən biri əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da inkişaf etdirilməsidir. Proqrama uyğun olaraq DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir. Belə ki, bankomat və pos - terminallarla təchizatın gücləndirilməsi, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadənin təmin olunması, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində addımlar atılır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında