60 200 manat məbləğində "CEK POT" UDULDU!

Ötən yazımızda "Binqo+10" oyununun qalibləri haqqında məlumat verərək qeyd etmişdik ki, növbəti yazılarımızda oxucularımızı bu oyunun bütün qalibləri ilə tanış edəcəyik.
Budur, daha bir neçə qalibin sevincinə şərik ola bilərik. "Hyundai İ20" avtomobili Sumqayıt şəhər sakini Rəhmanlı Natiq Namiq oğlunun qismətinə düşdü. 20 yaşlı Natiq tələbədir. Özünü lotereya azarkeşi saymır. İldə bir neçə dəfə mövsümi oyunlarda iştirak edir. Bu dəfə iki bilet alıb və budur - "Hyundai İ20"! Qoy bu uduş onun həyatında son uduş olmasın! Uduşa qoyulan iki "Hyundai İ10" avtomobilindən biri Naxçıvan sakini Cəlilov Turac Sucəddin oğlunun, ikincisi isə Kəlbəcər rayon sakini Məmmədov Malik Azad oğlunun bəxtinə çıxdı. Daha iki Chevrolet "Aveo" avtomobili Hüseynli Nurlan Raqif oğlunun və Məmmədov Kamal Qurbanəli oğlunun, "Chery Cowin" avtomobili isə Cəlilabaddan Miriyev Camal Mirkamal oğlunun "gül bayramına" əsl hədiyyə oldu. Bakıdan Əsgərov Rauf Yavər oğlu və Qəbələ sakini Hacıyev Telman Məhəmməd oğlu da Chevrolet "Aveo" avtomobilini ikilikdə şərikli udaraq hərəyə 5200 manata sahib oldular. Xırdalanlı mebel ustası, 27 yaşlı Raufdan uduşun iki yerə bölünməsinə münasibətini soruşduqda, "bu bir qismətdir, min bərəkət!" cavabını verir.
Bayram ətirli may ayında ənənəvi lotereyalar da öz həvəskarlarına əsl bayram yaşatmaqdadırlar. "Ailə Sevinci" lotereyasının son tirajlarında Tərtər rayon sakini Qaçaylı Xalid Şahin oğlu, Bakı sakinləri Ağayeva Bilqeis İzatulla qızı və Ələsgərov Vaqif Hüseyn oğlu hərəyə bir Nissan "Sunny" avtomobili udmaqla ailəliklə bayram sevinci yaşadılar. Sürücü işləyən 53 yaşlı Vaqif Ələsgərov etiraf edir ki, "Ailə Sevinci" lotereyasına xüsusi rəğbəti var və həmişə inanıb ki, məhz bu lotereyada mütləq udacaq. Yeri gəlmişkən, "Azərlotereya" ASC- nin keçirdiyi oyunlar sanki uduş yarışına çıxıblar. "Uğur" lotereyası Şərur sakini Fərzalıyev Fizuli Nizami oğlunun "Binqo"dan udduğu "Chevrolet Aveo" avtomobilinə, Lənkəran rayon sakini Əbilov Samid Həmdəm oğlunun udduğu "Kia Rio" avtomobili ilə cavab verdi. Bu son bir-iki həftədə "Uğur"dan udulan yeganə uduş olmadı. Ağsu rayon sakini Dəmirov Elməddin Ənvər oğlu 2 500 manat, Bakı şəhərindən Abdullayeva Zəmanə Valəddin qızı və Qəbələdən Məmmədov Elçin Qurban oğlu isə hərəyə 2000 manat uddular. Keçən yazıda qeyd etmişdik ki, "5/36" lotereyasının həvəskarları may ayında dramatik anlar yaşayırlar və bir neçə iştirakçı "Cek Pot"un bir addımlığında dayanmalı olublar. Bu tendensiyanı 396-cı, 400-cü və 401-ci tirajlarda davam etdirən Şirinov Yasin Qazəhməd oğlu, Ağayev Bəxtiyar Elxan oğlu və Paşayev Arif Paşa oğlu müvafiq olaraq 4500, 6380 və 5400 manat uddular. "Cek-Pot" isə artmaqda davam edirdi. Nəhayət, may ayının 25-də "5/36"-nın 403-cü tirajında 003418 nömrəli bilet 60 200 manat məbləğində "Cek Pot"u uddu və çox yəqin ki, növbəti yazılarımızda hörmətli oxucularımızı bu uduşun xoşbəxt sahibi ilə tanış edəcəyik. Ötən yazılarımızda qeyd etmişdik ki, "Azərlotereya" ASC lotereya həvəskarlarının rəy sorğularının nəticələrinə və Avropa təcrübəsinə istinad edərək yeni layihələrə start verir. İyun ayının 1-dən etibarən, bazar günü istisna olmaqla, hər axşam saat 21:00-da "5/36" oyunu ilə birlikdə, bu tipli daha bir oyunun,- "6/40" oyununun tirajı "Space" kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunda 40 nömrədən 6-sı təyin olunacaq, bu nömrələr uyğun gələrsə, "Cek-Pot" udulmuş hesab olunur, bundan başqa bir variantda 5, 4 və 3 nömrəsi uyğun gəlmiş biletlər də uduşlu hesab olunacaq və pul mükafatı qazanacaqlar.
Uğurlu olsun!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında