Dam örtükləri və daha nələr...

Belə bir ifadə var - "əvəzolunmaz insan yoxdur". Bir qədər mübahisəli fikirdir, çünki bizim hər birimizin unikal xarakteri və bacarığı var və başqa adamın bunu təkrarlaması demək olar ki, mümkün deyil. Doğmalarımız, həmkarlarımız və dostlarımız bizə məhz individuallığımıza görə dəyər verirlər. Bu preambula xrizotil-asbest adlı mineralın elə də şəffaf olmayan tarixçəsini aydınlıq gətirən bir müqayisədir. 
Alimlərin iddiasına görə, dünyada elə bir təbii və ya süni material yoxdur ki, xrizotil-asbestin bütün xüsusiyyətlərini təkrarlaya bilsin. Həmin mineralın başlıca xüsusiyyəti və dünya bazarında istehlakçı uğrunda hər il getdikcə daha da kəskinləşən mübarizənin səbəbi də məhz bundadır. Xrizotil-asbestin adı bir çoxlarımıza hec nə deməyəcək. Əslində isə biz həyatımız boyu dəfələrlə bu mineralla üzləşirik. Evlərin damlarına nəzər salın - yəqin onların hər ikincisinin örtüyü şiferdən olacaq, çünki o Azəbaycanda ən populyar və tələb olunan örtük növlərindəndir. Şifer xrizotil-asbestdən hazırlanır.
Bu davamlı, möhkəm, ekoloji təmiz material öz analoqlarından sadəcə fiziki xüsusiyyətlərinə görə yox, həm də qiymətinə görə üstündür. Azərbaycan yaşayış və sosial obyektlərinin inşasında istifadə olunan materiallar Rusiyadan ixrac edilən xrizotil-asbestdən hazırlanır. Ölkənin bir çox bölgəsində vətəndaşlar 100 ildən çoxdur şifer dam örtüklərinin altında yaşayırlar. Xrizotil, "asbest" kommersiya adı altında birləşən lifli minerallar qrupuna daxildir. Ancaq əgər xrizotil asbestinin nəzarət altında istifadəsi (əmək mühafizəsinin norma və qaydaları) təhlükəsiz hesab olunursa, amfibol asbesti mineralın bütün dünyada qadağan olunmuş təhlükəli növüdür. Adı oxşar, kimyəvi strukturu fəqrli olan bu mineralları məhz bənzər ada görə dəyişik salırlar.
Beləliklə, xrizotil asbesti əsassız olaraq sağlamlığa zərərli olan amfibol ilə eyniləşdirilib. Maraqlıdır ki, bu əsasən, Avropa Birliyində, XX əsrin 70-ci illərinin ortalarına qədər asbestin təhlükəli amfibol növünün tamamilə nəzarətsiz istifadə olunduğu və nəticədə xərçəng xəstəliyi epidemiyasının yayıldığı ölkələrdə baş verir. Ərazisində xrizotil yataqları olmayan bu antiasbest lobbisindəki ölkələr iqtisadi maraqları naminə dünya bazarına asbest əvəzləyiciləri olan süni (PVA, şüşə, keramik) və təbii (sellüloz və bazalt) lifli materialları yeridirlər. Hazırda başlıca problem xrizotil əvəzləyicilərinin təhlükəsizlik dərəcəsini müəyyənləşdirməkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında