Qalib "cəsurlar" mükafatlandırıldı

Xətai rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi orta ümumtəhsil məktəblərində xüsusi diqqət yetirilən sahələrdəndir. Bu mənada rayonda fəaliyyət göstərən bütün orta məktəblərin iki müxtəlif yaş qrupundakı komandalarının təhsil, mədəniyyət və turizm, gənclər və idman, fövqəlada hallar nazirliklərinin və Respublika KHVTİC-nin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən "Şahin" hərbi idman və "Cəsurlar" hərbi idman və turizm yarışlarında fəal iştirakını anlamaq çətin deyil. 
Bu il rayonun 38 məktəbinin qoşulduğu "Cəsurlar" hərbi idman və turizm yarışlarının respublika birinciliyinin finalına humanitar fənlər təmayüllü liseyin komandası vəsiqə qazanmışdı. Aprelin 28-də C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən final turunda da humanitar fənlər təmayüllü liseyin komandası bütün tapşırıqların öhdəsindən bacarıqla gələrək yarışda birinci pilləyə yüksəlmiş və təşkilat komitəsinin xüsusi fəxri fərmanına və qiymətli hədiyyələrə layiq görülmüşdü.
Dünən qalibləri təbrik etmək üçün Xətai Rayon İcra Hakimiyyətində xüsusi tədbir keçirilmişdir. Rayon gənclər və idman idarəsinin rəisi Əfqan Rzayev və humanitar fənlər təmayüllü liseyin direktoru Nəzakət Əsgərova yarışların təşkili, gənc nəslin tərbiyəsində onların rolu barədə ətraflı məlumat verərək bildirdilər ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun bu yarışların təşkilinə və məktəblilərin bu tədbirdə iştirakına xüsusi diqqət yetirməsi istər məktəb rəhbərlərini, istərsə də şagirdləri bu yarışlara daha məsuliyyətlə hazırlaşmağa məcbur edir.
Sonra qalibləri təbrik edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hərbi idman oyunlarının tərbiyəvi əhəmiyyəti ilə yanaşı, gənclərimizin milli ordu sıralarına hazırlığında da xüsusi önəm daşıdığını diqqətə çatdırdı. Natiq bildirdi ki, gənclərimizin orduya hazırlığının əsasını qoyan bu hərbi idman oyunları, həm də gənclərimizdə bir mübarizlik xarakteri formalaşdırır.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı "Cəsurlar" yarışının qaliblərinə yeni uğurlar arzulamaqla yanaşı, onlara, həmçinin komandanı yarışa hazırlayan müəllimlərə qiymətli hədiyyələr, fəxri fərmanlar və pul mükafatları da təqdim etdi. Ən böyük mükafat - ulu öndər Heydər Əliyevin abidəsi olan tablo isə xatirə olaraq humanitar fənlər təmayüllü liseyinə təqdim olundu.
Tədbir yeniyetmə "cəsur əsgərlər"in nizami addımlarla tribunanın önündən keçməsi ilə başa çatdı.

{nl}

İ.RÜSTƏMOV, R.SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında