28 May - Respublika Günü xarici ölkələrdə qeyd olmuşdur

Ankaradakı "Şeraton" otelində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir. Türkiyə Prezidenti aparatının baş katibi Mustafa İsen, nazirlər, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələrinin general və admiralları, xarici ölkələrin Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, qardaş ölkədə yaşayan azərbaycanlılar tədbirdə iştirak etmişlər. 
Rəsmi qəbulda çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirmişdir ki, xalqımız müstəqil dövlət qurmaq və onu yaşatmaq üçün çox sayda qurbanlar vermişdir. İkinci dəfə suverenliyini əldə etmiş Azərbaycan ulu öndər Heydər Əliyevin müdrik siyasəti, onun həyata keçirdiyi islahatlar nəticəsində müstəqilliyini qorudu. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozularaq torpaqlarımızın 20 faizinin işğalına baxmayaraq, dövlətimiz gündən-günə güclənir və beynəlxalq aləmdə nüfuzu artır. Belə ki, Azərbaycan 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız qardaş ölkənin xalqı və hökuməti adından Azərbaycan xalqını bayram münasibətilə təbrik etmişdir. Azərbaycanın getdikcə daha da gücləndiyini və beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrildiyini söyləyən türkiyəli nazir demişdir ki, Türkiyə qardaş ölkənin hər bir uğuruna sevinir. Onun sözlərinə görə, Ankara iyirmi ildir Azərbaycanın qanayan yarası olan işğala son qoymaq üçün səylərini davam etdirir. Eyni zamanda, iki qardaş ölkənin iqtisadi qüdrətinin artması üçün birgə enerji və kommunikasiya layihələri də davam edir.
T.Yıldız vurğulamışdır ki, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamının son örnəyini iki gün əvvəl Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin finalında bir daha gördük. Bu mötəbər tədbirdə Türkiyə və Azərbaycan bir-biri ilə yüksək həmrəylik nümayiş etdirdi.
Rəsmi qəbulda iştirak edənlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan: qloballaşma dövrünün tələbləri" kitabı və "İrs-Miras" jurnalının türk dilində nəşr olunmuş ikinci sayı təqdim olunmuşdur.
Azərbaycanın Türkiyədəki səfirliyi 28 May - Respublika Günü münasibətilə Ankara ictimaiyyəti və diplomatik nümayəndəliklərdə populyar olan www.ankarascene.com internet saytında ölkəmizlə bağlı məlumatların yerləşdirilməsini də təmin etmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında