ABŞ-ın daha iki ştatı azərbaycanlıları Respublika Günü münasibətilə təbrik etmişdir

ABŞ-ın daha iki ştatı - Nyu-Cersi və İllinoys ştatları azərbaycanlıları Respublika Günü münasibətilə təbrik etmişdir. 
Nyu-Cersi ştatının Baş Assambleyasının sədri Şeyla Oliverin imzaladığı müvafiq bəyannamədə deyilir ki, 94 il əvvəl islam aləmində azadlıq və bərabərlik prinsiplərinə əsaslanan ilk dünyəvi respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır.
İllinoys ştatının qubernatoru Pet Kvinsin bəyanatına əsasən mayın 28-i "Milli Azərbaycan günü" elan edilmişdir. Sənəddə deyilir ki, AXC şimalda Qafqaz dağlarından cənubda Araz çayınadək, şərqdə Xəzər dənizindən qərbdə Kərki kəndinədək uzanan ərazidə bərqərar edilmişdir. Müasir Azərbaycanın ərazisinə Qarabağ və Naxçıvan Muxtar Respublikası daxildir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyi Amerika Birləşmiş Ştatları tərəfindən tanınmışdır və qeyd-şərtsiz dəstəklənir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında