Vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesi yekunlaşdırılır

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) yanvar ayından başlanmış ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmaq üzrədir. 
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, hər il olduğu kimi, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına (DSK) verilmişdir. DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını tərtib edərək aprelin 5-dək MSK-ya təhvil vermişlər.
Sözügedən prosesdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunmuşdur. Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı MSK tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilir. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmaq üzrədir. Ölkə üzrə seçici siyahılarının yenidən tərtib edilməsi prosesinə mayın 30-da MSK tərəfindən yekun vurulacaqdır. Bundan sonra vahid seçicilər siyahısı rəsmi sənəd statusu alacaq və komissiyanın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcəkdir.
MSK-nın üzvləri mayın 30-da vahid seçicilər siyahısının yenidən tərtib edilməsinin texniki prosedurları ilə tanış olacaq. Həmin gün MSK-nın bu prosesin yekunlaşmasına həsr olunmuş iclası da keçiriləcəkdir. Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri, beynəlxalq qurumların və xarici ölkələrin respublikamızdakı təmsilçiləri də iştirak edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında