Naxçıvanda "Koroğlu" operası əsasında hazırlanmış kompozisiyaya baxış olmuşdur

28 May - Respublika Günü ərəfəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında hazırlanmış kompozisiya tamaşaçılara təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Koroğlu" operası əsasında hazırlanmış kompozisiyaya baxmışdır.
Kompozisiya başlamazdan əvvəl çıxış edən aparıcı qeyd etmişdir ki, bu gün muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafına, milli dəyərlərimizin qorunub yaşadılmasına yüksək qayğı göstərilir. "Milli dəyərlər ili" olan 2012-ci ildə Azərbaycanın və Şərqin ilk klassik səhnə əsəri-"Koroğlu" operası əsasında hazırlanan kompozisiyanın Naxçıvan səhnəsində tamaşaya qoyulması muxtar respublikanın mədəni həyatında əlamətdar hadisədir.
"Koroğlu" operasında Azərbaycan xalq musiqisindən geniş istifadə olunmuşdur. Operanın tamaşaçı tərəfindən sevilməsinin başlıca səbəbi xəlqilik və musiqi mətnində klassik Azərbaycan muğamının əsas götürülməsidir. Xalqımızın haqq-ədalət uğrunda mübarizəsi, birlik və bütövlüyü operanın əsas ideyasını təşkil edir.
Naxçıvan Dövlət Filarmoniyasının və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının birgə hazırladıqları kompozisiyada kütləvi rəqslər, xor və duetlər məharətlə ifa olunmuşdur.
Azərbaycan Respublikasının əməkdar artistləri Xəlil Hüseynovun, Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Mübariz Əsgərovun və Elçin Nağıyevin çıxışları alqışlarla qarşılanmışdır.
"Koroğlu" operası əsasında hazırlanmış kompozisiyaya baxışdan sonra səhnə arxasına keçən Ali Məclisin sədri Vasif Talıbov iştirakçıları uğurlu çıxışlarına görə təbrik edərək demişdir ki, kollektivin birgə fəaliyyəti nəticəsində Naxçıvanda ilk dəfə opera uğurla səhnəyə qoyuldu. Operada ifalar və kollektiv səhnələr uğurlu alınmışdı. Bu, çəkilən böyük zəhmət hesabına başa gəlmişdir.
Ali Məclisin sədri demişdir: "Mədəniyyətin inkişaf etməsi üçün ölkədə iqtisadi inkişaf və sabitlik olmalıdır. Bu gün ölkəmizin iqtisadiyyatı ilə yanaşı, mədəniyyəti də sürətlə inkişaf edir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin müstəqil ölkəmizdə uğurla davam və inkişaf etdirilməsinin bəhrələridir. Bu gün muxtar respublikamızda da mədəniyyətin inkişafına xüsusi qayğı göstərilir. Bunun nəticəsidir ki, Naxçıvan teatrında klassik Azərbaycan operaları tamaşaya qoyulur, peşəkar ifaçılar yetişir. Gələcəkdə də bu ənənələr davam etdirilməli, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutan belə dəyərli əsərlər tamaşaya qoyulmalıdır".
Ali Məclisin sədri "Koroğlu" operası əsasında hazırlanmış kompozisiyanı yüksək qiymətləndirmiş, uğurlu çıxış və 28 May - Respublika Günü münasibətilə kollektivi təbrik etmişdir.
Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyev və Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında