Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qətər Dövlətində rəsmi səfərdədir. 
Səfərin əsas məqsədi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Qətər Dövlətinin Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir.
FHN-dən bildirmişlər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qətər Dövlətinin vəliəhdi və vitse-əmiri Şeyx Tamim bin Hamad Al-Tani və daxili işlər üzrə dövlət naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Əl-Tani ilə görüşmüşdür.
Görüşlərdə təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmanın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Səfər çərçivəsində Qətər Dövlətinin Mülki Müdafiə və digər aidiyyəti qurumlarının fəaliyyəti ilə yaxından tanışlıq nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında