"Eurovision-2012" mahnı müsabiqəsi ABŞ-ın Meyn ştatında yaşayan azərbaycanlıları da bir araya gətirmişdir

"Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycandan çox-çox uzaqlarda, ABŞ-ın Meyn ştatında yaşayan azərbaycanlıları da bir araya gətirmişdir. 
"Meyn Azərbaycanlıları Cəmiyyəti"nin rəhbəri Tərlan Əhmədov və xanımı Zemfira Əhmədova bu müsabiqəyə xüsusi hazırlaşmışdılar. Onların Portlənd şəhərindəki evləri Azərbaycanın və ABŞ-ın bayraqları, "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı şəkil və suvenirlərlə bəzədilmişdi. Müsabiqəni birbaşa seyr etmək üçün qoyulmuş 2 monitor dəvət olunmuş qonaqlara tədbiri rahatlıqla izləməyə geniş imkan yaratmışdı. Mahnı müsabiqəsini seyr edənlər arasında azərbaycanlılarla yanaşı, amerikalılar da olmuşdu.
Müsabiqə başlamazdan əvvəl buraya toplaşan hər kəs yarışın yüksək şəkildə təşkil olunduğunu xüsusi qeyd etmiş, müxtəlif ölkələrin təmsilçiləri arasında xoşlarına gələn müğənnilər və Azərbaycanın ikinci dəfə müsabiqənin qalibi olma imkanları barədə fikirlərini bölüşmüşlər.
Müsabiqənin başlaması ilə ortaya çökən sükutu vaxtaşırı alqış səsləri pozmuşdur. Səsvermənin başlaması ortadakı gərginliyi daha da artırmış, hər kəs Azərbaycan təmsilçisi Səbinə Babayevaya verilən xalları alqışlarla qarşılamışdır.
Mahnı müsabiqəsi bitdikdən sonra qonaqlar evin yaşıl çəmənliyində qoyulmuş masalar ətrafında yenidən bir araya gəlmişlər. Azərbaycan milli yeməkləri qoyulmuş süfrə arxasında da yenə əsas söhbətlər mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi və nəticələri ilə bağlı olmuşdur. "Eurovision-2012" mahnı müsabiqəsinin qalibi ilə bağlı fikirlər fərqli olsa da, hamı bir fikirdə yekdil idi: "Azərbaycan yenə də layiqli yer tutmuşdur. "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili Azərbaycan mədəniyyətinin və reallıqlarının, ölkəmizin son illər əldə etdiyi inkişafın bariz nümunəsidir. Bu tədbir Azərbaycanın nəinki Avropada, eləcə də bütün dünyada tanınmasında mühüm əhəmiyyət kəsb etmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında