Kaushik RAY: Xəzərin sahili boyu uzanan Dənizkənarı Milli Park, İçərişəhər, Qız qalası və digər yerlərdən ayrılmaq olmur

Xəzərin sahili boyu uzanan təmiz, istirahət üçün hər cür şərait yaradılmış Dənizkənarı Milli Park, İçərişəhər, Qız qalası və digər yerlərdən ayrılmaq olmur. Paytaxtınızın ab-havası, insanların gülümsəyən simaları adamda xoş təəssürat yaradır.
Bu sözləri "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakıya gəlmiş əslən hindistanlı olan, hazırda Böyük Britaniyada jurnalist kimi fəaliyyət göstərən Kaushik Ray demişdir. O bildirmişdir ki, Bakının yolları və meydanları geniş, küçələri təmizdir. Burada gəzməli və görməli yerlər çoxdur. Gündüzlər işgüzar həyatını yaşayan Bakının gecələri öz parlaq işıqları ilə insanı valeh edir. Azərbaycan xalqı çox qonaqpərvərdir.
"Eurovision-2012" mahnı müsabiqəsindən danışan K.Ray tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə vurğulamışdır. Bildirmişdir ki, artıq müsabiqə başa çatsa da şəhərdə bayram əhval-ruhiyyəsi duyulur. Hamı bu möhtəşəm tədbirdən danışır.
K.Ray Mətbuat Mərkəzində jurnalistlərin çalışması və istirahəti üçün yaradılmış şəraitdən də razılığını bildirmişdir. O, Bakı şousunun indiyədək keçirilmiş "Eurovision" mahnı müsabiqələrindən yaxşı mənada fərqləndiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, yarışmanın keçirildiyi "Baku Crystal Hall" çox gözəl və moderndir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında