Möhtəşəm Bakı Qafqazın Dubayıdır

Bu "France-3" televiziya kanalının aparıcıları Mirey Düma və Siril Feronun sözləridir
Möhtəşəm Bakı Qafqazın Dubayıdır. Bu sözləri "Eurovision-2012" mahnı müsabiqəsinin final yarışlarının keçirildiyi "Baku Crystal Hall"dan birbaşa canlı verilişlə efirə çıxan "France-3" televiziya kanalının aparıcıları Mirey Düma və Siril Fero səsləndirmişlər.
Müsabiqə başlanmazdan bir qədər əvvəl aparıcılar Azərbaycanın Qərb dünyası ilə Şərq aləmi arasında körpü rolu oynadığı, qədim "İpək yolu" üzərində yerləşdiyi, 20 il əvvəl müstəqilliyini bərpa etdiyi, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanla həmsərhəd olduğu barədə fransız tamaşaçılarına ətraflı məlumat vermişlər.
Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycanın paytaxtı Bakının Xəzər dənizi sahilində yerləşdiyini xatırladan aparıcılar son bir neçə ildə şəhərin simasının tanınmaz dərəcədə dəyişdiyini, bir-birindən yaraşıqlı binaların tikildiyini, nəhəng körpülərin salındığını bildirmiş, Avropanın ən gözəl şəhərlərinin gecələr işıqlandırılmasının başdan-başa nura qərq olan Bakı ilə müqayisədə geri qaldığını, möcüzələr yaradılan möhtəşəm Bakının Qafqazın Dubayı olduğunu vurğulamışlar.
Verilişdə şəhərdə Şərq və Qərb mədəniyyətlərinin qovuşmasından, tarixlər şahidi İçərişəhərdən, zərdüştlük dövrünün yadigarı Atəşgah və digər mədəni abidələrdən söhbət açılmış, azərbaycanlıların qonaqpərvərliyindən, qayğıkeşliyindən, azlıq təşkil edən xalqlara tolerantlıq göstərməsindən bəhs olunmuş, dənizin sahilində salınmış və son dövrdə öz simasını tamamilə dəyişmiş Bakı bulvarının əcnəbi turistlərin sevimli istirahət məskəni olduğu qeyd olunmuşdur.
Azərbaycanın "Eurovision" kimi mötəbər beynəlxalq mahnı müsabiqəsində cəmi dörd dəfə iştirak etməsinə baxmayaraq, 2012-ci ildə ona ev sahibliyi etmək şansını qazanması bu ölkənin qədim və zəngin mədəniyyətindən xəbər verdiyini vurğulayan aparıcılar müsabiqənin keçirildiyi "Baku Crystal Hall" sarayının heç kimin gözləmədiyi halda qısa bir zamanda, heyrətləndirici sürətlə inşa edildiyini, müasir tələblərə cavab verən yaraşıqlı və cazibədar səhnənin mahnı müsabiqəsi iştirakçılarını, qonaqları və müsabiqəni izləyən jurnalistləri heyrətə saldığını bildirmişlər.
Aparıcılar nağaraçıların və oğlanlardan ibarət rəqs qrupunun ifaçılıq tərzlərinə heyran olduqlarını etiraf etmişlər.
Verilişdə Azərbaycanın misli görünməmiş tədbirə imza atdığı, "Eurovision-2012"-nin yüksək səviyyədə təşkil olunduğu, mahnı müsabiqəsi tarixində bu cür möhtəşəm şounun keçirilmədiyi dəfələrlə vurğulanmışdır. Finala çıxan hər iddiaçının çıxışından sonra Azərbaycanın müxtəlif bölgələrinə, əsrarəngiz təbiətinə, görməli yerlərinə həsr edilən təsvirlər də yaddaqalan olmuşdur. Azərbaycanın əzəl parçası Qarabağdan söhbət açan M.Düma və S.Fero bu diyarın qədim tarixi abidələri və atları ilə məşhur olduğunu qeyd etmiş, eyni zamanda musiqi beşiyi kimi şöhrət tapdığını diqqətə çatdırmışdır.
Naxçıvan Muxtar Respublikasından söhbət açan aparıcılar astma xəstələrinin şəfa tapdığı möcüzəli "Duzdağ", Qarabağlar və Naxçıvan şəhərindəki türbələr, ölkəmizin Cənub bölgəsinin özünəməxsus təbiəti, Lənkəranın çay plantasiyaları, gündən-günə inkişaf edən, gözəlləşən və simasını dəyişən Qəbələ, habelə digər regionlar barədə tamaşaçılara məlumat vermişlər.
Azərbaycanın iqtisadiyyatının görünməmiş bir sürətlə inkişaf etdirməsi sayəsində Cənubi Qafqaz bölgəsində lider və aparıcı dövlətə çevrildiyi, dünyanın inkişaf etmiş ölkələri ilə artıq bir cərgədə addımladığı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində respublikamızın əvəzsiz rol oynaması barədə məlumatlar verilişdə əksini tapmışdır.
"France-3" televiziya kanalının "Eurovision-2012" mahnı müsabiqəsinin final yarışından hazırladığı birbaşa canlı veriliş ölkəmiz haqqında fransızların təsəvvürlərinin zənginləşməsi baxımından çox dəyərli olmuşdur.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında