Michael BAUER: Azərbaycan indiyə qədər olduğum ölkələrdən ən gözəlidir

Azərbaycan indiyə qədər olduğum ölkələrdən ən gözəlidir. Bakıda hər yer təmiz və səliqəlidir. 
Bu sözləri "Eurovision-2012" mahnı müsabiqəsi başa çatdıqdan sonra AzərTAc-a müsahibəsində Almaniyadan olan fanat Michael Bauer demişdir. Bildirmişdir ki, Bakıya qonaq gələnlər burada ilk addımdan səmimi münasibətlə qarşılaşırlar. Hər şey insanda xoş təəssürat oyadır. Taksi, metro xidməti yüksək səviyyədədir. Restoran və kafelərdə təqdim olunan yeməklər çox dadlıdır. İstirahət parklarında, Xəzərin sahilində dincəlmək və əylənmək üçün hər cür şərait yaradılmışdır. Buranın sakinləri çox xoşbəxtdirlər.
On iki ildir ki, mahnı müsabiqəsinə fanat kimi qatılan Michael Bauer ölkəmizdə keçirilən yarışmanı heyranlıqla izləmişdir. O, Bakı şousunu indiyə qədər müşahidə etdiyi "Eurovision" mahnı müsabiqələrindən yaxşı mənada fərqləndirmişdir. Almaniyalı fanat yarışma ərəfəsində və günlərində "EuroClub" və "EuroVillage"də maraqlı şouların keçirilməsini yüksək qiymətləndirmiş, şəhərin bayram əhval-ruhiyyəsinin onda xoş duyğular oyatdığını demişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında