"Qurani-Kərim"in tərcüməsinin yeni nəşri

Azərbaycanın dövlət müstəqilliyi ərəfəsində şərqşünas alimlər-akademik Ziya Bünyadovun və Vasim Məmmədəliyevin ərəb dilindən tərcümə etdikləri, giriş və qeydlər yazdıqları, şeyxülislam Hacı Allahşükür Paşazadənin məsləhətçi redaktorluğu ilə nəşr olunmuş "Quran"ın ana dilində mükəmməl nəşri bu günlərdə kiçik formatda yenidən işıq üzü görmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin dəyirmi salonunda keçirilən təqdimat mərasimində "Quran"ın Azərbaycan dilinə tərcüməsinin yeni nəşrinin özəlliklərindən, mövcud tərcümənin uğurlu taleyindən geniş söhbət açıldı. Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin dekanı, Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının sədri Vasim Məmmədəliyev məclisi giriş sözü ilə açaraq bildirdi ki, indiki miniatür kitab onun, mərhum Ziya Bünyadovla ərsəyə gətirdiyi tərcümənin 12-ci nəşridir. Həmin mətni həvəskar naşirlər də dəfələrlə çap edib yaymışlar. "Qismət" nəşriyyatının nəfis tərtibatla buraxdığı bu kitabı BDU-nun illahiyyat fakültəsi ilə əməkdaşlıq edən Türkiyə islamşünası Xəlil Öztürk pulsuz yayılmaq üçün çap etdirmişdir. O, bundan əvvəl də ölkəmizdə dini ədəbiyyat nəşrinə kömək etmiş, savab əməli ilə Azərbaycanda layiqli nüfuz qazanmışdır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Türkiyə səfirliyinin dini işlər müşaviri Müzəffər Şahin, Gəncliyə Yardım Fondunun rəhbəri Əhməd Tecim və digər çıxış edənlər müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim"in tərcüməsinin çap olunub yayılmasının İslam dininin əsaslarının öyrənilməsində soydaşlarımızın maariflənməsində misilsiz rolunu vurğuladılar, tərcümə müəlliflərinin və naşirlərin əməyini yüksək dəyərləndirdilər.
Natiqlər "Quran"ın nəşrinə dini tələblər və mövcud qayda-qanun çərçivəsində yanaşmağın zəruriliyindən də söz açdılar.
Mərasim iştirakçılarına "Quran"ın tərcüməsinin yeni nəşri və "Qismət" nəşriyyatında buraxılmış "Yasini-şərif", Türkiyə-Qafqaz İslam Ordusu və ermənilər" kitabları hədiyyə edildi.{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında