BAXCP Avropa Parlamentinin qətnaməsini pisləyib

Avropa Parlamentinin mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə reallığa söykənmədiyi, eləcə də dəqiq olmayan faktları, əsassız iddiaları əks etdirdiyi üçün qərəzli və qeyri-ciddi xarakter daşıyır. Bu barədə APA -ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli məlumat verib.
Onun sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi "Şərq Tərəfdaşlığı Proqramı" çərçivəsində həyata keçirilən layihələrin perspektivini şübhə altına alır, regional əməkdaşlığa və inteqrasiya prosesinə ciddi zərbə vurur: "Avropa Parlamenti kimi nüfuzlu bir qurumun qəbul etdiyi sənəddə mübaliğəli və təhrif olunmuş məlumatların yer alması və bu məlumatların Azərbaycana qarşı təxribat xarakterli kampaniya aparan bəzi xarici kütləvi informasiya vasitələrinin irəli sürdüyü iddialarla eynilik təşkil etməsi narahatlıq və təəssüf hissi doğurur".
BAXCP-nin Avropa Parlamentinin qəbul etdiyi qətnaməni qətiyyətlə pislədiyini qeyd edən Elçin Mirzəbəyli Avropa parlamentarlarını ədalətli olmağa, elan etdikləri prinsiplərə sayğı göstərməyə, Azərbaycana münasibətdə regionda mövcud olan reallıqları nəzərə almağa çağırıb: "Avropa Parlamentinin qətnaməsində yer alan əsassız iddialar dünyəvi və demokratik inkişaf yolu seçən Azərbaycana qarşı aqressiv siyasət yürüdən teokratik və fürsətçi rejimlərin maraqlarına xidmət edir, onların demokratik təsisatlara qarşı dini-ekstremist fəaliyyətlərini daha da genişləndirmələrinə zəmin yaradır".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında