Binəqədi rayonu

Binəqədi Rayon İcra Hakimiyyəti YAP Binəqədi rayon təşkilatının qərargahında 28 May-Respublika Günü münasibətilə tədbir keçirmişdir. 
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirakçıları bayram münasibətilə təbrik edərək Şərqdə ilk demokratik respublikanın şərəfli tarixinə nəzər salmışdır. Natiq qısa bir zamanda demokratik respublikanın gördüyü böyük işlərdən danışmışdır. Qeyd etmişdir ki, həmin dövrdə müstəqilliyimizin fəlsəfəsi yaradılmışdır. Demokratik respublikanın şərəfli və dolğun fəaliyyəti bütün dünyaya Azərbaycan xalqının arzu və istəklərini müstəqil şəkildə həyata keçirmək iqtidarında olduğunu göstərmişdir.
X. İsgəndərov daha sonra vurğulamışdır ki, 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir: Milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhu tərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğulmuş, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur olmuşdur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə doktoru Həsən Bayramov, Milli Məclisin üzvləri Eldar İbrahimov və Rafael Cəbrayılov çıxış edərək bildirmişlər ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur...Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir.
Tədbirdə Binəqədinin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənc rayon icra hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Sonda YAP-a yeni daxil olan gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında