Nəsimi rayonu

Nəsimi rayonunda 28 May - Respulika Günü münasibətilə "dəyirmi masa" keçirildi. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbiri açaraq hamını bu əlamətdar gün münsibətilə təbrik etdi. 
O dedi ki, 1918-ci il mayın 28-i, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli və unudulmaz günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda ilk dəfə müstəqil dövlət qurulmuşdur.
Natiq bildirdi ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsilə üzləşəndə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıdaraq doğma Vətənini məhv olmaqdan xilas etdi. Bununla da, ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu oldu. İndiki qüdrətli və çiçəklənən Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nailə Vəlixanlı məruzə ilə çıxış etdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixindən, həmin dövrdə regionda baş verən hadisələr barədə ətraflı danışdı. Natiq bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından böyük əhəmiyyəti olmuşdur. 1918-ci ilin çətin günlərində böyük məşəqqətlərə baxmayaraq, bu işləri görə bilmiş fədakar insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Sonra Milli Məclisin deputatı Asim Mollazadə və Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri İmran Cəfərzadə çıxış etdilər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirdə yekun çıxışı etdi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında