Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi tamamilə qeyri-obyektivdir və reallıqla heç bir əlaqəsi yoxdur

Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə ölkəmizdə təəssüf və narahatlıq hissləri doğurub. Son illər ölkəmizin dünya birliyində reytinqinin sürətlə artması ikili standartlar nümayiş etdirən bəzi beynəlxalq qurumları, həmçinin erməni lobbisini ciddi narahat edib. 
Özlərini insan hüquq və azazdlıqlarının müdafiəçisi kimi təqdim edən, əslində isə yalan və qərəzli hesabatları ilə insanların əsəbləri ilə oynayan "Amnesty International" və "Human Rights Watch" kimi beynəlxalq təşkilatlar sanki ölkəmiz haqqında qərəzli məlumatlar yaymaqda yarışa giriblər. Bu təşkilatların son zamanlar yaydıqları hesabatların obyektivlikdən kənar olması da təsdiqləyir ki, onlar ölkəmizə düşmən olan qüvvələrin və erməni lobbisinin çaldıqları havaya oynayırlar. Təəssüf edirik ki, Avropa Parlamenti kimi mötəbər bir qurum da "Amnesty International" və "Human Rights Watch" kimi beynəlxalq təşkilatların yalan və cəfəngiyatla dolu məlumatlarına inanaraq heç bir araşdırma aparmadan Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etmişdir. Bu qətnamə ziyalıların, ictimai-siyasi xadimlərin və hüquq müdafiəçilərinin narazılığına səbəb olmuşdur. Qətnaməyə münasibət bildirən deputatların və siyasi xadimlərin fikri eynidir: Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi tamamilə qeyri-obyektivdir və reallıqla heç bir əlaqəsi yoxdur.
Əli HÜSEYNLİ, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri:
- Avropa Parlamentinin qətnaməsini bənd-bənd oxuyarkən görürük ki, bütövlükdə bütün bəndlər həqiqətə uyğun deyil və onlar birtərəflidir. Əgər qətnamədə həqiqətən həm tənqid, həm bizim əldə etdiyimiz nailiyyətlər göstərilmiş olsaydı, biz buna daha dözümlə yanaşardıq. Təəssüf edirəm ki, belə bir qətnamə Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-Avropa Parlamenti münasibətlərinə kölgə salır. Azərbaycanın şüurlu seçimi var - bu, hüquqi dövlətdir, qanunun aliliyidir, demokratik islahatlardır. Biz Avropa hüquq sisteminə, modelinə uyğun bir dövlət qururuq. Bu baxımdan hesab edirəm ki, bu qətnamə Azərbaycan xalqının əleyhinə yönəlmiş bir sənəddir. Avropa Parlamenti Azərbaycanda insan hüquqları ilə məşğul olan bir neçə qeyri-hökumət təşkilatından aldıqları qeyri-obyektiv, yoxlanılmamış məlumatları öz qətnamələrinə köçürüb. Əgər bu təşkilatın real niyyəti Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı obyektiv qətnamə hazırlamaq idisə, onda onlar həm də bizə-öz həmkarlarına müraciət etməli idilər. Təəssüf ki, belə bir hal baş verməyib. Bu, bir daha göstərir ki, qətnamənin yeganə məqsədi bu ərəfədə Azərbaycan üzərinə hansısa bir kölgə salmaq cəhdidir.
Sabir Hacıyev, Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı:
- Avropa Parlamentinin mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnaməsi ölkəmizdə həyata keçirilən islahatları gözdən salmağa xidmət edən bir sənəddir. Avropa Parlamentinin 754 deputatından yalnız 56-sının iştirakı ilə təxirə salınmadan təşkil edilən toplantı nəticəsində qəbul edilən sənədi Azərbaycana qarşı qərəzin göstəricisi kimi qiymətləndirmək olar.Belə bir məsələ müzakirə edilərkən ən azı Azərbaycan tərəfinin mövqeyi öyrənilməli idi. Ona görə də Avropa Parlamentinin bu qərarını bəzi maraqlı dairələrin Azərbaycana qarşı təzyiqi kimi dəyərləndirirəm.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında