Berlində "bp Europa SE" şirkətinin təşkilatçılığı ilə "Azərbaycandan təbii qaz - Avropanın enerji ilə təchizatı üçün imkanlar" mövzusunda tədbir keçirilmişdir

Berlində "bp Europa SE" şirkətinin təşkilatçılığı ilə "Azərbaycandan təbii qaz - Avropanın enerji ilə təchizatı üçün imkanlar" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə əsas məruzəçi qismində səfir P.Şahbazov çıxış etmişdir.
Tədbirdə Almaniyanın bir sıra dövlət qurumlarının, mətbuat orqanlarının, enerji sahəsi üzrə fəaliyyət göstərən şirkətlərin, habelə Almaniyada akkreditə olunmuş diplomatik korpusun 200-ə yaxın nümayəndəsi iştirak etmişdir.
Səfir P.Şahbazov çıxışında ölkəmizin neft-qaz sənayesinin tarixindən danışmış, sahib olduğu geniş neft-qaz potensialı və ildən-ilə artan enerji istehsalı ilə Avropanın enerji təchizatının təhlükəsizliyində Azərbaycanın vacib rol oynadığını bildirmişdir. O, Transanadolu təbii qaz boru kəməri (TANAP) barədə tədbir iştirakçılarını məlumatlandırmış, Azərbaycanın təsdiq olunmuş yeni təbii qaz ehtiyatları barədə danışmışdır.
Almaniya Xarici İşlər Nazirliyinin iqtisadiyyat və davamlı inkişaf idarəsinin rəisi Viktor Elblinq çıxışında Azərbaycanın Almaniyanın Cənubi Qafqaz üzrə ən böyük ticarət tərəfdaşı olduğuna diqqət çəkmiş, geniş enerji ehtiyatları ilə yanaşı, enerji sahəsində də mühüm bir tərəfdaş olduğunu vurğulamışdır. Almaniyanın enerji siyasətinin vacib elementlərindən birinin enerji idxalının şaxələndirilməsi olduğunu bildirən V.Elblinq, bu baxımdan Cənub qaz dəhlizinin oynadığı roldan danışmışdır. Almaniyanın enerji sahəsində Rusiyadan asılılığına toxunan V.Elblinq bu asılılığın ikitərəfli olduğunu vurğulamış və Rusiyanın da enerji məhsullarını ixrac etmək üçün Avropadan asılı olduğunu qeyd etmişdir.
"bp" şirkətinin neftayırma və marketinq məsələləri üzrə direktoru Lain Conn təbii qazın ən təmiz və qənaətlilik nöqteyi-nəzərindən ən sərfəli enerji növü olduğunu vurğulamışdır. Daha sonra o, çıxışında Azərbaycanın malik olduğu təbii qaz ehtiyatları və ölkəmizdən Avropaya təbii qaz nəqlini həyata keçirə biləcək mövcud layihələr barədə məlumat vermişdir.
Daha sonra P.Şahbazov, V.Elblinq və L.Connun iştirakı ilə panel müzakirə təşkil olunmuşdur. Panel müzakirə çərçivəsində Azərbaycanın Avropaya təbii qaz nəqlində hansı ölçüdə maraqlı olduğu barədə suala cavab olaraq, səfir P.Şahbazov ölkəmizin enerji məhsullarının ixracatını həyata keçirmək üçün 7 boru kəmərinə malik olduğunu vurğulamış və enerji ixracatının şaxələndirilməsinin ölkəmiz üçün əhəmiyyəti barədə məlumat vermişdir.
Panel müzakirə çərçivəsində, həmçinin tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmış, tədbirdən sonra isə ikitərəfli danışıqlar aparılmışdır.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında