28 May ABŞ-ın Konnektikut ştatında Azərbaycanın milli bayramı - Respublika Günü elan edilmişdir

Mayın 25-də ABŞ-ın Konnektikut ştatının qubernatoru Dannel Malloy mayın 28-nin ştat ərazisində Azərbaycanın milli bayramı - Respublika Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamışdır. 
Azərbaycan-Amerika Şurasından AzərTAc-a bildirmişlər ki, bəyannamədə, həmçinin Azərbaycanın ərazi bütövlüyü xüsusi vurğulanmış, Qarabağın və Naxçıvanın ölkəmizin bölünməz parçası olduğu qeyd edilmişdir.
Konnektikut ştatı qubernatorunun bu bəyannaməni imzalaması Azərbaycan-Amerika Şurasının, Azərbaycan-Amerika Cəmiyyətinin və Pax Turcica İnstitutunun birgə fəaliyyəti sayəsində mümkün olmuşdur.
AzərTAc
Azərbaycan DİN Əli Kərimlinin BŞBPİ-yə çağırılması barədə xəbərlərə aydınlıq gətirib
Azərbaycan Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin yaşadığı ünvana polis əməkdaşlarının gəlməsi və onun Bakı Şəhər Baş Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, dünən şəhərin mərkəzində, Milli Parka yaxın ərazidə ictimai qaydanı və asayişi kobud şəkildə pozmağa cəhd edən və polis tərəfindən saxlanılan şəxslərdən bir neçəsi öz izahatlarında onları bu işə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin təhrik etdiyini bildirib: "Buna görə Əli Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb. Əli Kərimli telefon zənglərinə cavab vermədiyinə görə, iki polis əməkdaşı dünən axşam saatlarında onun yaşadığı ünvana gedərək çağırış vərəqəsi təqdim etmək istəyib. Lakin mənzilin qapısını heç kim açmayıb. Bu gün səhər saatlarında iki polis əməkdaşı yenidən bir neçə dəfə həmin ünvana baş çəkib, nəhayət saat 09.40 radələrində çağırış vərəqəsini ona təqdim ediblər.
Lakin AXCP sədri dövlət hakimiyyətinin nümayəndəsi olan polis əməkdaşının vətəndaşın yaşadığı ünvana gedərək çağırış vərəqəsini təqdim etməsi kimi ən adi prosedur qaydası ətrafında da süni ajiotaj yaratmağa, guya 8 polis əməkdaşının onun evinə basqın etməsi barədə yersiz hay-küy qaldırmağa çalışıb. Əli Kərimlinin bu hərəkəti məsələni siyasiləşdirmək və Azərbaycanda olan xarici jurnalistlərin diqqətini özünə cəlb etmək cəhdindən başqa bir şey deyildir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında