Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoymuşdur

Mayın 26-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev açmışdır.
Məruzə ilə çıxış edən xidmət rəisi demişdir ki, bu əlamətdar gün xalqımızın dövlətçilik tarixində önəmli yer tutur. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşasa da, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoymuşdur.
Ulu öndər Heydər Əliyevin "Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir" sözlərini xatırladan F.Nəbiyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam edir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf edir, əhalinin sosial müdafiəsi gücləndirilir.
Qeyd edilmişdir ki, bu gün miqrasiya sahəsində əldə edilən nailiyyətlər də bu tədbirlər silsiləsindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı onu cəlbedici ölkəyə çevirmiş, buraya gələn əcnəbilərin sayının artmasına səbəb olmuşdur.
Daha sonra F.Nəbiyev xidməti fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra əməkdaşa rütbələr vermiş, fəxri fərman və mükafatlar təqdim olunmuşdur.
Mərasimin sonunda ulu öndər Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında