Böyük Britaniyanın "Eurovision-2012" təmsilçisi: "Sabah səhnəyə Elvis Presleyin hədiyyə etdiyi boyunbağı ilə çıxacağam"

Böyük Britaniyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Engelbert Hamperdink vaxtilə dost olduğu dünya şöhrətli müğənni Elvis Presleydən kömək istəyib.
APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Engelbert Hamperdink mətbuat nümayəndələrinə dostluqlarını tərənnüm edən boyunbağını nümayiş etdirib: "Bu boyunbağını mənə uğur gətirsin deyə Elvis Presley bağışlayıb. Mən bunu daima cibimdə gəzdirirəm. Elvis Presley belə boyunbağıları ən yaxın dostlarına hədiyyə edərdi. Bu boyunbağı sabah da mənim cibimdə olacaq".
O, ölkəsini "Eurovision" müsabiqəsində təmsil etməkdən məmnunluq duyduğunu ifadə edib. Məşhur müğənni Azərbaycanı bu müsabiqədə təmsil edən Səbinə Babayeva və İrlandiya təmsilçiləri "Jedward" qardaşları ilə görüşdüyünü deyib və təmsilçimizin möhtəşəm səsə malik olduğunu bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında