Almaniyalı jurnalist: Bakıda hər yer təmiz və səliqəlidir, sakinləri qonaqpərvər və mehribandırlar

Bakıda hər yer təmiz və səliqəlidir, sakinləri qonaqpərvər və mehribandırlar. Ümumiyyətlə, burada görməli və gəzməli yerlər çoxdur.
Bu sözləri AzərTAc-a müsahibəsində Almaniyadan olan jurnalist Sascha Suden demişdir. On üç ildir müsabiqəyə jurnalist kimi qatıldığını deyən almaniyalı jurnalist Bakı şousunun yüksək səviyyədə təşkil edildiyini bildirmişdir. "Baku Crystal Hall" heyranedicidir. Mətbuat Mərkəzində hər hansı məsələ ilə bağlı könüllülərə müraciət etdikdə, böyük məmnuniyyətlə kömək edirlər. Sascha Suden, həmçinin burada təhlükəsizliyin qaydasında olduğunu diqqətə çatdırmışdır.
Almaniyalı jurnalist Albaniyanın, Sloveniyanın, İsveç təmsilçilərinin mahnı müsabiqəsində çıxışlarını yüksək qiymətləndirmiş, Səbinə Babayevanın gözəl səsi və ifasını xüsusilə vurğulamışdır. Jurnalist finalda bütün iştirakçılara uğurlar arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında