Səbinə Babayeva: "Eurovision" müsabiqəsi siyasi meydan deyil, bir musiqi yarışmasıdır

Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva mayın 25-də "Baku Crystal Hall"un Mətbuat Mərkəzində mətbuat konfransı keçirmişdir. 
Mətbuat konfransında "Eurovision-2012"-nin finalına vəsiqə qazana bilməyən 16 ölkənin təmsilçilərinə görə məyus olduğunu deyən müğənni onların çox gözəl şou nümayiş etdirdiklərini bildirmişdir.
Səbinə Babayeva Ermənistanın builki yarışmada iştirak etməməsi barədə verilən suala isə belə cavab vermişdir: "Bu il Polşa da müsabiqədə iştirak etmir. Şübhəsiz, bəzi ölkələrin müsabiqədə iştirak etməməsinə təəssüflənirəm".
Təmsilçimiz jurnalistin "Ermənistana hər hansı mesaj göndərmək istəyirsinizmi" sualına cavab olaraq isə demişdir: "Eurovision" müsabiqəsi siyasi meydan deyil, bir musiqi yarışmasıdır".
Səbinə Babayeva Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink haqqında da fikirlərini bildirmişdir: "Bu cür dünya şöhrətli ifaçı ilə eyni səhnəni bölüşmək hər bir gənc musiqiçi üçün böyük şərəfdir. Bu da onu göstərir ki, əfsanəvi müğənni həyatında qazandığı uğurlara baxmayaraq, özünü ulduz kimi aparmır. Bu isə onu hamıya sevdirir".
Mətbuat konfransında Səbinə Babayevaya onun "When The Music Dies" mahnısının Afrika versiyası təqdim edilmişdir.
Azərbaycan "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi kimi birbaşa yarışmanın mayın 26-da keçiriləcək final şousunda iştirak edəcək və təmsilçimiz Səbinə Babayevaya "Baku Crystal Hall"un səhnəsinə 13-cü çıxacaqdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında