Xalq şairi Fikrət Qocanın poeziyası özünəməxsusluğu ilə seçilir

Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda xalq şairi Fikrət Qocanın "Sönən deyil bu ocaq" və "Dayanacaqda görüş" kitablarının təqdimatı olmuşdur. 
AYB-in sədri, xalq yazıçısı Anar F.Qocanın poeziyasını müasirlərindən fərqli, özünəməxsus poeziya adlandırmışdır.
Tədbirdə çıxış edənlər qocaman şairin həmişə ədəbi ictimaiyyətin diqqət mərkəzində olduğunu, bütün əsərlərində öz yaradıcı məninə sadiqliyini vurğulamışlar.
Bildirilmişdir ki, "altmışıncılar"ın ən istedadlı nümayəndələrindən sayılan Fikrət Qocanın istər "Xəzər", "Vals", "Xirosima", "İçərişəhər", "Risk", "Ana itirmişəm ana yaşında" şeirlərindəki təsir, istərsə də son illər yazdığı "Ağlama dənizim", "Hər gecə Xocalıda", "Quba dünən, bu gün" şeirlərindəki nisgil və kədər insanda unudulmaz hisslər oyadır.
Vurğulanmışdır ki, F.Qocanın "Hələlik qiyamətədək", "Ölüm ayrılıq deyil" povestlərində, eləcə də "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və s. poemalarında Azərbaycan gənclərinin fədakarlıqları, qəhrəmanlıqları öz əksini tapmışdır.
Tədbirdə şairin nəvəsi Günayın ifasında yeni kitablardan nümunələr səslənmişdir.
Sonda şair tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında