Baş Prokurorluqda mülki müdafiə üzrə məşğələ keçirilmişdir

Mayın 25-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin tədbirlər planına müvafiq olaraq mülki müdafiə üzrə məşğələ keçirilmişdir.
Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsi və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin birgə təşkil etdiyi tədbirin məqsədi fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, bu sahədə prokurorluq orqanları əməkdaşlarının hazırlıq səviyyəsinin müəyyən edilməsi, onların fiziki hazırlığının və biliklərinin artırılması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması olmuşdur.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə qəza-xilasetmə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş və məşğələ iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Sonda FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi əməkdaşlarının qəza-xilasetmə təlimlərinin gedişini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında