V Belarus Beynəlxalq mediaforumunda 100-dək xarici jurnalist iştirak edəcəkdir

İyunun 8-11-də Minskdə keçiriləcək "Belarus Respublikası: gələcək naminə tərəfdaşlıq" mövzusunda V Belarus Beynəlxalq mediaforumunda 18 ölkədən 100-dək xarici jurnalist iştirak edəcəkdir. BELTA agentliyi xəbər verir ki, bu barədə Belarus İnformasiya Nazirliyindən məlumat vermişlər.
Mediaforumda Belarus KİV-lərinin nümayəndələri ilə yanaşı, Rusiya, Azərbaycan, Gürcüstan, Türkmənistan, Moldova, Ukrayna, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Litva, Latviya, Estoniya, Ermənistan, Almaniya, Suriya və Böyük Britaniya jurnalistləri iştirak edəcəklər.
Əvvəlcə Qələbə meydanında obeliskin qarşısına əklillər qoyulacaqdır. İyunun 11-də Milli Kitabxanada keçiriləcək "Belarus Respublikası: gələcək naminə tərəfdaşlıq" mövzusunda plenar iclasa 500-dək iştirakçı qatılacaqdır. Mediaforumun tədbirlərində, o cümlədən ustad dərslərdə, dəyirmi masalarda bir neçə min mütəxəssis iştirak edəcəkdir.
Mediaforum çərçivəsində Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutunun bazasında jurnalistlər üçün üçgünlük yay məktəbi təşkil ediləcəkdir. Ustad dərsləri Beynəlxalq Televiziya və Radio Akademiyasının prezidenti Anatoli Lısenko, "Novıye izvestiya" qəzetinin baş redaktoru Valeri Yakov, Rusiya Jurnalistlər İttifaqının katibi, "Mediarınok" jurnalının baş redaktoru Vladimir Kasyutin, "Tayms" qəzetinin şef-müxbiri Entoni Halpin, "Rassia Today" kanalı baş redaktorunun müavini Aleksey Nikolov və başqaları aparacaqlar.
Beynəlxalq jurnalistlər forumunun iştirakçıları Belarus müəssisələrində olacaqlar. Mediaforumda iştirak edəcək bir çox xarici jurnalistlər hansı müəssisə ilə tanış olmaq istədiklərini əvvəlcədən sorğu şəklində göndərmişdir.
Xarici jurnalistlər əsasən Belarus iqtisadiyyatı, inşaat meydanlarındakı vəziyyətlə maraqlanır, hazırda ölkənin qüruru sayılan bütün obyektlərlə tanış olmaq istəyirlər. Onlar Belarusun MAZ, BelAZ, "Horizont", "Atlant", MTZ və s. kimi aparıcı müəssisələri barədə geniş məlumata malikdirlər.
Bundan əlavə, xarici KİV-lərin nümayəndələri respublikanın regionlarına getmək arzusunda olduqlarını bildirmişlər. İyunun 9-da mediaforum çərçivəsində "Müasir Belarus: kənardan baxış" layihəsi start götürəcəkdir. Xarici KİV-lərin nümayəndələri Belarusun bu gününü müxtəlif ölkələrin tele və radiokanallarında, qəzet səhifələrində daha geniş işıqlandırmaq üçün istədikləri obyektlərə gedəcəklər.
Mediaforum "Katın" xatirə kompleksində başa çatacaqdır. Burada Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş rekviyem aksiyası olacaqdır. Mediaforum Belarus İnformasiya Nazirliyinin, Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının, Belarus Jurnalistlər İttifaqının təşkilatçılığı, Beynəlxalq Televiziya və Radio Akademiyasının, İttifaq Dövləti Daimi Komitəsinin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Belarus Xarici İşlər və Mədəniyyət nazirliklərinin, MDB İcraiyyə Komitəsinin, Minsk Şəhər İcraiyyə Komitəsinin və vilayət icraiyyə komitələrinin dəstəyi ilə keçiriləcəkdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında