Moldovanın sabiq Prezidenti Petru Luçinski Bakı Dövlət Universitetində olmuşdur

Mayın 25-də Moldovanın sabiq Prezidenti Petru Luçinski Bakı Dövlət Universitetində (BDU) olmuşdur. 
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən bildirmişlər ki, görüşdə rektor, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan-Moldova əlaqələrinin əhəmiyyətini vurğulamışdır. Müasir dünyada təhsilin önəmli rolunu qeyd edən rektor rəhbərlik etdiyi ali məktəbin tarixindən, təhsil müəssisəsində qazanılan son nailiyyətlərdən bəhs etmişdir.
Sonra tələbələr qarşısında çıxış edən Moldovanın sabiq Prezidenti Petru Luçinski Sovet İttifaqının dağılması, bu proseslərdə Azərbaycan və Moldovanın yeri, müstəqilliyini əldə edən bu iki ölkədəki mövcud vəziyyət haqqında danışmışdır. Moldova ilə Azərbaycan arasında dostluq əlaqələrinin tarixindən bəhs edən sabiq Prezident vaxtilə böyük şəxsiyyət Heydər Əliyev ilə çox isti münasibətlərinin olduğunu xatırlatmışdır.
Sonra qonaq tələbələri maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu və Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov iştirak etmişlər.
1997-ci ildən Bakı Dövlət Universitetinin fəxri doktoru olan Petru Luçinski müasir Moldovanın ən görkəmli və nüfuzlu siyasətçilərindən, ictimai və dövlət xadimlərindən biri hesab edilir. O, 1996-2001-ci illərdə Moldovanın Prezidenti olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında