"Haffington Post" qəzeti: Bakıda aparılan abadlıq işləri şəhərin gözəlləşməsi ilə yanaşı, Azərbaycanın turizm sənayesinin inkişafına töhfəsini verir

Dünya mətbuatı Azərbaycan haqqında yazılarını davam etdirir. Azərbaycan ilə bağlı çoxsaylı məqalələrdən biri də ABŞ-ın nüfuzlu "Haffington Post" qəzetində dərc edilmişdir. 
Məqalədə bildirilir ki, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin davam etdiyi bu günlərdə dünya mətbuatı Azərbaycana daha çox diqqət yetirir. Müəllif yazır ki, 100 milyondan artıq insanın izlədiyi bu yarışmanın mayın 26-da keçiriləcək final mərhələsi də möhtəşəmliyi ilə yadda qalacaqdır.
Yazıda vurğulanır ki, Azərbaycanın paytaxtı Bakıda aparılan abadlıq işləri şəhərin gözəlləşməsi ilə yanaşı, ölkənin turizm sənayesinin inkişafına da töhfəsini verir. "Eurovision-2012" mahnı müsabiqəsinin təşkilinə 63 milyon dollar məbləğində vəsait sərf olunmuşdur. İyirmi beş min nəfərlik tamaşaçı yeri olan "Baku Crystal Hall" möhtəşəmliyi ilə diqqəti cəlb edir.
Müəllif, həmçinin məqalədə Ermənistanın "Eurovision-2012" mahnı müsabiqəsində iştirakdan imtina etməsi, İranın yarışmanın Bakıda keçirilməsi ilə bağlı sərt reaksiya verməsi məsələlərinə də toxunur.
Məqalədə vurğulanır ki, Bakı İstanbulun qədim cazibəsi ilə Dubayın arxitektur görüntüsünün birləşdiyi bir paytaxta çevrilmişdir. İndi bu şəhər uzun illərdir ki, müşahidə olunan dəyişikliyini nümayiş etdirmək üçün yaxşı imkan əldə etmişdir. Burada "Eurovision-2012" mahnı müsabiqəsi keçirilir. Bu möhtəşəm şou 125 milyon insan tərəfindən izlənilir. "Eurovision-2012" mahnı müsabiqəsi ev sahibliyi edən ölkə üçün yaxşı platformadır.
Bakı gecələrindən yazan müəllif qeyd edir ki, axşam saatlarında şəhər gözqamaşdırıcı parıltıya bürünür.
Məqalədə, həmçinin müasirlik ilə şərq arxitekturasının xüsusiyyətlərini özündə əks etdirən "Alov qüllələri"nin heyrətamiz görüntüsündən bəhs olunur.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında