Lorin: Müsabiqədən kənar heç bir şeydən danışmaq istəmirəm

"Eurovision-2012" musiqi yarışmasının II yarımfinal mərhələsindən finala vəsiqə qazanan ölkələrin təmsilçiləri mətbuat konfransı keçiriblər.
APA-nın xəbərinə görə, İsveç təmsilçisi Lorin "Sizin bu ölkədə müxalifət təmsilçiləri ilə görüşünüz olubmu? Görüşdə məqsəd və müzakirə mövzusu nə olub?" sualına cavab verməyib: "Mən bu gün müsabiqədən kənar heç bir şeydən danışmaq istəmirəm. Ona görə də bu suala cavab vermək istəmirəm, çünki biz burda musiqi yarışmasındayıq".
Lorin hazırda fikrini yalnız çıxışına yönəltdiyini də vurğulayıb. O, dost olduğu Norveç təmsilçisi Tooji ilə, eyni zamanda digər təmsilçilərlə eyni səhnəni bölüşəcəyindən məmnunluğunu ifadə edib: "Burada qalib olmaq əsas deyil, yarışmada əsas layiqli iştirak etməkdir".
Lorin finala vəsiqə qazanmasına çox sevindiyini də əlavə edib.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında