İradə Əliyeva (QHT rəhbəri): "Amnesty İnternational" və "Human Rights Watch"un hesabatları erməni diasporunun istəkləri və maliyyəsi ilə hazırlanır

"Amnesty İnternational" və "Human Rights Watch" kimi beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə hazırladığı hesabatlar erməni disporunun istəkləri və maliyyəsi ilə hazırlanır. Trend-in məlumatına görə, bunu Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə İctimai Birliyinin sədri İradə Əliyeva demişdir.
Bu təşkilatların Azərbaycanla bağlı mövqeyi, onların hazırladıqları hesabatlar həmişə birtərəfli olub, maraqlı qüvvələrin mövqeyini əks etdirib. "Bu hesabatlar erməni diasporunun maliyyəsi və istəkləri ilə hazırlanır. Onların hazırladıqları hesabatlarda indiyədək Azərbaycanla bağlı ürəkaçan rəy olmayıb. Bu isə onu göstərir ki, həmin hesabatlar qərəzli hazırlanır".
İ.Əliyevanın sözlərinə görə, "Amnesty İnternational" və "Human Right Watch"a belə qeyri-obyektiv, qərəzli hesabatların hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən və özlərini radikal adlandıran daxili hüquq-müdafiə təşkilatları kömək edirlər.
"Hər il hazırlanan hesabatlarda bu mövqe, demək olar, dəyişmir. Son hesabat da bu səpkidədir. Biz bu hesabatları pisləyirik. Bu hesabatları "sapı özümüzdən olan baltalar"ın köməyi ilə hər il cüzi dəyişikliklə bir az da sərtləşdirərək hazırlayırlar".
İ.Əliyeva demişdir ki, həmin hesabatlarda "Eurovision"la bağlı bir sıra şəxslərin evlərinin sökülməsi və onların mülkiyyət hüquqlarının pozulması haqqında fikirlərin reallıqla heç bir əlaqəsi yoxdur:
"Azərbaycanda beynəlxalq səpkili belə böyük bir tədbir keçirilir. Bir il ərzində müsabiqənin keçirilməsi üçün möhtəşəm zal inşa olunub. Həmin ərazidə evləri olan insanlara mülkiyyətləri müqabilində pul verilib, onlar razı salınıb və maraqları təmin olunub".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında