QHT rəhbəri: Bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı ədalətsiz mövqe nümayiş etdirir

"Amnesty International" və "Human Rights Watch" həmişə olduğu kimi, Azərbaycanla bağlı özlərinin ədalətsiz mövqeyini nümayiş etdirir. Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov Trend-ə bildirib ki, bu təşkilatların Azərbaycanla bağlı hesabatlarında göstərilən məqamlar həqiqəti əks etdirmir.
Bu qurumlar "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə qərar veriləndən sonra davamlı olaraq dövlətimizi, onun daxili həyatını, beynəlxalq imicini təhdid etməyə başlayıblar. Azərbaycanda insan hüquqlarının təmin olunmasında həyata keçirilən tədbirlər, görülən işlər, əldə olunan uğurlar həmin təşkilatların hesabatlarında yer almır.
N.Adilov hesab edir ki, bu beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan çıxış edir, qərəz nümayiş etdirir. Həmin təşkilatlar Ermənistanda baş verən prosesləri, bu ölkənin işğalçı olduğunu bildiyi halda, öz hesabatlarında Ermənistanı bəzi aspektlərdə Cənubi Qafqazın digər ölkələrindən üstün tuturlar. Həqiqətəuyğun olmayan, qərəzli hesabatlar onların nüfuzunu kölgə altına qoyur:
"Hesab edirəm ki, belə davam edərsə, Azərbaycan xalqının həmin təşkilatlara və onların hesabatlarına heç vaxt inamı qalmayacaq və hər iki quruma etimadsızlıq sərgilənəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında