ARDNŞ və Səudiyyə Ərəbistanının "Soroof İnternational" şirkəti arasında anlaşma memorandumu imzalanmışdır

Mayın 25-də ARDNŞ-in Baş ofisində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Səudiyyə Ərəbistanının "Soroof İnternational" şirkəti arasında anlaşma memorandumu imzalanmışdır. 
Bu münasibətlə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Səudiyyə Ərəbistanının "Soroof İnternational" şirkətinin prezidenti əlahəzrət şahzadə Bander Bin Abdallah Bin Muhəmməd əl-Səud ilə görüşmüşdür.
ARDNŞ-in prezidenti Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında mehriban dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayaraq bu istiqamətdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi zərurətini qeyd etmişdir.
Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyasının nailiyyətlərindən danışan R.Abdullayev ARDNŞ-in son illərdə beynəlxalq neft-qaz bazarlarına daxil olduğunu, istər ölkə daxilində, istərsə də xaricdə irimiqyaslı layihələr həyata keçirdiyini vurğulamışdır.
Neft-qaz sektorunda Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlıq təcrübəsinin səmərəli nəticələr verdiyini xatırladan ARDNŞ-in prezidenti bildirmişdir ki, bu gün imzalanacaq sənəd həmin əməkdaşlığın inkişafında yeni bir mərhələnin əsasını qoyacaqdır.
Əlahəzrət şahzadə Bander Bin Abdallah Bin Muhəmməd əl-Səud "Soroof İnternational" şirkəti ilə ARDNŞ arasında yaranan əməkdaşlığın iki dost ölkənin iqtisadi cəhətdən daha da qüdrətlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.
Daha sonra "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Səudiyyə Ərəbistanının "Soroof İnternational" şirkəti arasında neft-qaz sahəsində Səudiyyə Ərəbistanı Krallığında uzunmüddətli layihələrin yerinə yetirilməsi haqqında anlaşma memorandumu"nun imzalanma mərasimi olmuşdur. Memorandumu Rövnəq Abdullayev və şahzadə Bander Bin Abdallah Bin Muhəmməd əl-Səud imzalamışlar.
Memorandumda tərəflər Səudiyyə Ərəbistanı Krallığı ərazisində fəaliyyət göstərəcək birgə müəssisənin yaradılması və həmin müəssisənin vasitəsilə neft-qazın kəşfiyyatı, hasilatı, işlənilməsi, emalı, nəqli habelə neft kimyası sahələrində uzunmüddətli müştərək layihələr həyata keçirmək niyyətlərini bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında