Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 90-cı sessiyası işini başa çatdırmışdır

Bu mötəbər məclisdə Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin London şəhərində keçirilmiş 16-25 may 2012-ci il 90-cı Sessiyasında iştirak etmişdir.
168 üzv dövlətin və müxtəlif beynəlxalq təşkilatların iştirak etdiyi sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsi ilə bağlı standartların müəyyən edilməsi, Uzaq Məsafədən Tanınma və İzləmə sistemi (UMTİ/LRİT) ilə əlaqədar məsələlər, Dövlət bayraq nəzarəti, radioəlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə, təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması, nəqliyyat gəmilərinin davamlılığı, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya" nın tətbiqi və digər məsələlər üzrə müzakirələr aparılmışdır.
Sessiyada beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi, dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlər barədə adıçəkilən təşkilatın yeni seçilmiş Baş Katibi cənab Koji Sekimizunun geniş nitqi dinlənilmişdir.
Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında Azərbaycan Respublikasında dənizçilərə verilən diplom və sertifikatların "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya uyğunluğu ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən hazırlanmış hesabat Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Kanada və İsrail tərəfindən təqdim olunmuş eyniməzmunlu hesabatlarla birgə sessiyanın müzakirəsinə təqdim edilmişdir.
Qeyd olunan hesabatın yüksək səviyyədə tərtib olunduğu üzv dövlətlər tərəfindən xüsusi vurğulanmış və hesabat əsasında Azərbaycan Respublikasında dənizçilərə diplom və sertifikatların verilməsi prosesinin "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya uyğunluğu barədə müvafiq qərar qəbul edilmişdir.
Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırmışdır.

{nl}

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası mətbuat xidmətinin məlumatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında