Diplomatik, xüsusi və xidməti pasportlara malik olan Azərbaycan vətəndaşları Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinə vizasız gedib-gələ biləcəklər

Diplomatik, xüsusi və xidməti pasportlara malik olan Azərbaycan vətəndaşları Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinə vizasız gedib-gələ biləcəklər.
Buna iki ölkə arasında bu ilin martında Tripoli şəhərində imzalanmış Anlaşma Memorandumu imkan verəcəkdir.
"Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Anlaşma Memorandumu artıq təsdiqlənmək üçün Milli Məclisə göndərilmişdir.
Sənədə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 8-də keçiriləcək iclasında münasibət bildiriləcəkdir.
Anlaşma Memorandumunda deyilir ki, razılığa gələn tərəflərdən birinin dövlətinin etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik vətəndaşları, habelə onlarla birlikdə yaşayan ailə üzvləri digər razılığa gələn tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, orada 90 günədək qala bilər, oranı tərk edə və oradan tranzit keçə bilərlər.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında