Bakıda Distant Təhsil Mərkəzi açılıb

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron təlimləndirən sistemlər" layihəsinin əsas komponentlərindən biri olan mərkəz xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. 
Bu ehtiyacı ödəmək məqsədilə Bakıda Distant Təhsil Mərkəzi açılıb. Açılış mərasiminə həsr olunan tədbir çərçivəsində "Məsafədən məktəb" internet portalının da təqdimatı keçirilib.
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Mərkəzin açılış mərasimində təhsil naziri Misir Mərdanov iştirak edib.
Qeyd etmək lazımdır ki, "Elektron təlimləndirən sistemlər" layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompyuter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və internetə çıxış imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində 30 şagird və 7 müəllim heyətinə noutbuklar təqdim edilib, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq yüksək sürətli internet bağlantısı ilə təmin olunub.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında