İspaniya parlamentinin Xarici İşlər Komissiyası uydurma "erməni soyqırımı"nı tanımaqdan imtina etmişdir

İspaniya parlamentinin Xarici İşlər Komissiyası uydurma "erməni soyqırımı"nın tanınması təklifinin lehinə 3, əleyhinə 36 səs olmaqla rədd etmişdir.
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Bask bölgəsində fəaliyyət göstərən "Amaiur" koalisiyasından olan 2 millət vəkili Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş hadisələrin soyqırımı kimi tanınması barədə layihə hazırlayıb. Layihəyə Birləşmiş Sol (İU) və Bask Millətçi Partiyası (PNV) dəstək verib. Hakimiyyətdəki Xalq Partiyası (PP) və ana müxalifətdəki Sosialist İşçi Partiyası (PSOE) başda olmaqla digər partiyalar layihəyə qarşı çıxıblar.
Xalq Partiyasının nümayəndəsi Xose Maria Beneyto və sosialistlər adından çıxış edən Meritxell Batet bu addımın Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcəyini söyləyiblər. Demokratiya və Tərəqqipərvər Birlik (UPyD) Partiyasının təmsilçisi İrene Lozano isə layihəni gündəmə gətirənlərə sərt etirazını bildirmişdir: "Bura gəlib ermənilər üçün timsah göz yaşları tökməkdən əvvəl Bask bölgəsində terror hücumları nəticəsində ölənlər üçün ağlayın və bu terroru pisləyin. Məncə bu hərəkət ikiüzlülükdür".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında