Azərbaycanın Baş prokuroru UAK-ın Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun qətli ilə əlaqədar Ukraynanın Baş prokuroruna müraciət etmişdir

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun cari il mayın 9-da Makeyevka kəndində qətlə yetirilməsi ilə əlaqədar Ukraynanın Baş prokuroru Viktor Pşonkaya müraciət etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, müraciətdə cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və bu günədək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatlıq doğurduğu qeyd edilmiş, Ukrayna hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunmuşdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına cinayət işi üzrə istintaqa lazımi köməklik göstərməyə hazır olduğunu bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında